CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni evlər gəncəlilərin yaralarını sağaldacaqmı? - FOTOLAR

© Sputnik / Rahim MammadovGəncədə bərpa işləri
Gəncədə bərpa işləri - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
“Ölkənin ikinci böyük şəhərində ermənilərin atdığı raket zərbəsindən dağıldılmış fərdi yaşayış evləri, yararsız vəziyyətə düşmüş binalar sökülüb yenisi ilə əvəzlənəcək”/

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Gəncə ölkənin ikinci ən böyük şəhəridir. Qədimliyi, həmçinin müasirliyi özündə birləşdirən şəhərdə insanlar rahat, firavan həyat sürürlər. 44 günlük Vətən müharibəsində bu şəhər də ermənilərin hədəfinə tuş gəldi. Döyüş meydanından xeyli uzaqda yerləşən Gəncə, oktyabr ayında bir neçə dəfə gecə və gündüz saatlarında raket atəşinə məruz qaldı. Dinc sakinlərə qarşı törədilən terror nəticəsində uşaq, qadın və digər şəhər sakinləri həyatını itirdi, yaralandı, həmçinin fərdi evlər, çoxmənzilli binalar dağıdıldı. Bütün bu çətinliklərə baxmayaraq, gəncəlilər doğma şəhərlərini tərk etmədilər. Ordumuzun qələbəsinə inanıb, Ali Baş Komandanın ətrafında daha da sıx birləşdilər. Möhtəşəm qələbənin ardından ölkə başçısı zərər görmüş evlərin bərpası və tamamilə dağılanların yenidən inşası barədə göstəriş verdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 10 rayon və şəhərdə, o cümlədən Gəncə şəhərində bərpa, təmir-tikinti işlərinə başladı.

© Sputnik / Rahim MammadovGəncədə bərpa işləri
Yeni evlər gəncəlilərin yaralarını sağaldacaqmı? - FOTOLAR - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Gəncədə bərpa işləri

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində evi tamamilə dağılan Səfər Nağıyev artıq yeni evlərin tikintisinə başlandığını bildirib. I Qarabağ müharibəsi veteranı fərdi mənzilinin əvvəlkindən daha geniş və müasir olacağını açıqlayıb: “17 oktyabrda raket düşdü, evim tamamilə dağıldı, yararsız hala düşdü. Gəldilər baxış keçirdilər, bərpa etmək mümkün olmadığı üçün yenisinin tikilməsi haqda qərar verdilər. Köhnə ev 80 kvadratmetr idi, yeni tikilən 120 kvadratmetr olacaq. Bünövrəsi qazılıb, tikintiyə başlanacaq. Ailədə 4 nəfərik. Raket düşən zaman yüngül xəsarət də almışdıq. Şükür, salamatçılıq oldu. Ölkə başçısına minnətdaram. Bizim üçün müasir, rahat evlər inşa edilir”, - deyə o bildirib.

Ermənilərin atdığı raket zərbəsi nəticəsində Gəncə şəhərində orta məktəb binaları, ən çox isə 29 nömrəli orta məktəb zərər görüb. Təhsil ocağının 5 şagirdi Muxtar Hacıyev küçəsinə atılan raket zərbəsi nəticəsində şəhid olub. Həmin məktəbdə də yenidənqurma işlərinə başlanacaq.

© Sputnik / Rahim Mammadov
Gəncədə ermənilərin atdığı raket nəticəsində həlak olanların siyahısını əks etdirən lövhə - Sputnik Azərbaycan
1/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində həlak olanların siyahısını əks etdirən lövhə
© Sputnik / Rahim Mammadov
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan ev - Sputnik Azərbaycan
2/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan ev
© Sputnik / Rahim Mammadov
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan evin sakini - Sputnik Azərbaycan
3/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan evin sakini
© Sputnik / Rahim Mammadov
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan evin sakini - Sputnik Azərbaycan
4/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan evin sakini
© Sputnik / Rahim Mammadov
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan binanın yerində qərənfillər - Sputnik Azərbaycan
5/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan binanın yerində qərənfillər
1/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində həlak olanların siyahısını əks etdirən lövhə
2/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan ev
3/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan evin sakini
4/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan evin sakini
5/5
Gəncədə ermənilərin atdığı raket nəticəsində dağılan binanın yerində qərənfillər

Gəncə sakini Balaxanım Novruzova isə şəhərin Samir Xasıyev küçəsinin sakinlərindən biridir. Onun beş otaqlı mənzili tamamilə dağılıb. Yaşlı qadın hazırda həyat yoldaşı və övladı ilə kiçik bir tikilidə qalır. Gəncə sakini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində yeni mənzilin layihəsi ilə tanış olduğunu, tezliklə tikintiyə başlanacağını deyib: “Dəymiş ziyanı hesablayıblar, yeni ev tikəcəklər, layihə veriblər. Razılaşmışıq, olduğundan da yaxşı, müasir ev tikəcəklər. Hazırda həyətimizdəki kiçik tikilidə qalırıq. Əvvəlki evimiz 5 otaqlı idi. Tamamilə dağıldığından söküb, yenisini tikməli oldular. Yeni tikilən daha da yaxşı olacaq. Tez bir vaxtda işlər başlanacaq, may ayına qədər təhvil veriləcəyi deyilir”.

Bərpası mümkün olmayan çoxmənzili binalar və fərdi yaşayış evləri yenisi tikilməklə, ziyan görmüş tikililər isə təmir edilərək şəhər sakinlərinə təhvil veriləcək. Həmçinin ərazidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün də işlərin görülməsi planlaşdırılır.

Xəbər lenti
0