CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ünvanlı sosial yardımın məbləği artacaq - Millət vəkili

© Sputnik / Murad OrujovКошелек с манатами, фото из архива
Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Deputat ünvanlı yardımların əhatə dairəsinin və vətəndaşların ünvanlı sosial yardım proqramına çıxış imkanlarının genişləndirilməsindən danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Azərbaycanda ünvanlı yardımların əhatə dairəsi genişləndiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də əksini tapıb. Sənəddə qeyd olunub ki, ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, yeni konsepsiyaya uyğun olaraq bütövlükdə sosial proqramların genişləndirilməsi nəzərdə tutulur: "Bu, həm sosial proqramlara ayrılan vəsaitin həcminin artırılması, həm də miqyasının genişləndirilməsi ilə bağlıdır. Nəzərə alsaq ki, 2020-ci ildə ünvanlı sosial yardımın verilməsi qaydaları təkmilləşdirilib, asanlaşdırılıb, bu da ünvanlı yardıma əlçatanlığın artırılmasına imkan verib".

Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan, 1920, 17.01.2021
CƏMİYYƏT
Ünvanlı sosial yardım necə təyin edilir - VİDEO

"Gözlənilir ki, ünvanlı sosial yardım ilə bağlı həyata keçiriləcək tədbirlər bir istiqamətdə ayrılan vəsaitin həcminin artırılmasında özünü ehtiva edəcək. Belə ki, ünvanlı sosial yardım proqramına daha çox vəsaitin ayrılması həyata keçirilir. Paralel olaraq özünüməşğulluq proqramına da daha çox diqqətin ayrılması müşahidə olunur. Çünki özünüməşğulluq proqramı da vacib sosial proqramlardan biridir. Özünüməşğulluq proqramının icra olunması ünvanlı sosial yardım proqramının dayandırılması anlamına gəlmir. Əksinə, biz ünvanlı sosial yardım proqramına ayrılan vəsaitin həcminin artırılmasını müşahidə edirik", - deyə deputat qeyd edib.

O bildirib ki, ikinci istiqamət proqrama əlçatanlığın daha da genişləndirilməsi və daha çox vətəndaşlarımızın ünvanlı sosial yardım proqramına müraciət imkanlarının yaradılmasıdır: "Gözlənilir ki, bu istiqamətdə də qaydaların təkmilləşdirilməsi və vətəndaşların ünvanlı sosial yardım proqramına çıxış imkanlarının genişləndirilməsi müşahidə olunacaq. Bu baxımdan növbəti dövrdə ünvanlı sosial yardım proqramından istifadə edən vətəndaşların sayında artım olacaq. Eyni zamanda, ehtiyac meyarının artırılması hesabına ünvanlı sosial yardım məbləğinin də artması müşahidə ediləcək".

Xəbər lenti
0