CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virusa yoluxan müəllim və şagirdlərin sayı açıqlandı

© Sputnik / Ilham Mustafayev Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
Son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 10 olub, hərarəti 37 dərəcədən yuxarı olan işçi olmayıb

BAKI, 9 fevral — Sputnik. Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 10 olub, hərarəti 37 dərəcədən yuxarı olan işçi olmayıb. Son sutka ərzində koronavirusa yoluxan ibtidai sinif (I-IV) sayı 2, işçi heyətinin sayı isə 7 olub. Məktəbəqədər hazırlıq qruplarında virusa yoluxmuş uşaq olmayıb. Son sutka ərzində əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285684 olub.

Xəbər lenti
0