19:38 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
19 0 0

Sosial şəbəkə və internet media orqanlarında Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlı kəndə 11 yaşlı qızın dayısı oğlu, 15 yaşlı oğlanla nişan görüntüsü yayılıb. 

BAKI, 8 fevral - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib.

Həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.

Qeyd edək ki, sosial şəbəkə və internet media orqanlarında Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlı kəndə 11 yaşlı qızın dayısı oğlu, 15 yaşlı oğlanla nişan görüntüsü yayılıb. 

Əsas mövzular