CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Qiymətləndirmə qurtardıqdan sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndəriləcək.

BAKI, 8 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək.

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, sınaq qiymətləndirmə fevralın 9-da mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunacaq. Sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir. Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçiriləcək. Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt veriləcək.

Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndəriləcək.

Xəbər lenti
0