CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir qəribə nişan: 17:00-20:00 - FOTO

© Sputnik / Irade JELILKarantin günləri
Karantin günləri - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Avtobus zolağı Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək olan hissəsində hər iki istiqamətdə çəkilib.

BAKI, 6 fevral — Sputnik. Əhməd Rəcəbli küçəsində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub.

"Bunu nəzərə alaraq sürücülərdən xahiş edirik ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni saat 17:00-dan axşam saat 20:00-dək yol nişanının tələbinə əməl etsinlər.

Məlumat üçün qeyd edək ki, avtobus zolağı Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək olan hissəsində hər iki istiqamətdə çəkilib. Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk", - BNA -nın məlumatında deyilir.

Xəbər lenti
0