CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XƏBƏRDARLIQ: Hava korlanacaq

© AFP 2023 / JEFF PACHOUDВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Sinoptiklər sabahkı hava durumu ilə əlaqədar xəbərdarlıq ediblər. Məlumata görə, həm paytaxtda, həm də rayonlarda hava şəraiti korlanacaq, güclü külək əsəcək

BAKI, 6 fevral - Sputnik. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 7-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 12-16, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan  758 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55  faiz olacaq.

Fevralın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq  rayonlarında çiskinli, yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 3-7 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Xəbərdarlıq

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20-23 m/s-dək, rayonlarda isə fevralın 7-dən 8-i səhərədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Fevralın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Xəbər lenti
0