https://cdn2.img.sputnik.az/images/07e4/0c/09/425678603.jpg
Sputnik Azerbaycan
https://cdn2.img.sputnik.az/i/logo.png
Sputnik
https://cdn2.img.sputnik.az/i/logo.png
https://sputnik.az/life/20210206/426155920/ishqaldan-azad-edilmish-erazilerde-10-seysmik-stansiya-qurashdirilacaq.html
"Yəqin ki, bu ilin ikinci yarısına biz o ərazilərdə seysmik stansiyaların quraşdırılması, binaların inşası ilə bağlı işlərə başlaya biləcəyik".
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 6 fevral — Sputnik. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 10 seysmik stansiya quraşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.
©
AP Photo / Elaine Thompson
O bildirib ki, 3 stansiya əvvəlki yerlərində quraşdırılacaq. Yerdə qalanı isə digər yerlərdə qoyulacaq: "Bizim işğaldan azad olunmuş ərazilərdə quraşdıracağımız stansiyalar artıq hazırdır. Qalıb həmin ərazilərdə binaların tikinti məsələsi. Eləcə də o stansiyalar üçün pavliyonların hazırlanması. Bunun üçün biz müəyyən müddət gözləməli oluruq. Çünki işğalçı dövlətin ordusu o torpaqları minalayıb. Həmin ərazilər minadan təmizlənib, təhlükəsizlik təmin edilməlidir ki, orada tikinti və quraşdırma işlərinə başlayaq. Yəqin ki, bu ilin ikinci yarısına biz o ərazilərdə seysmik stansiyaların quraşdırılması, binaların inşası ilə bağlı işlərə başlaya biləcəyik".