11:19 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
288 0 0

"Yeni Bakı" yaşayış kompleksinin sakinləri mənzillərin sayğaclarının rəsmi qeydiyyata alınmasını istəyirlər

BAKI, 5 fevral — Sputnik. Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin 650 mənzil sahibi Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Bu barədə Sputnik Azərbaycan-a müraciətin müəllifləri məlumat verib.

Müraciətdə 3000-dən çox sakin uzun müddətdir yaşayış kompleksində içməli su sisteminin düzgün qurulmamasından, su sayğaclarının "Azərsu" ASC-yə təhvil verilməməsindən, su rezervuarlarının təmiz saxlanılmamasından və digər məsələlərdən şikayətçidirlər.

Sakinlər müraciətdə dövlət başçısından xahiş ediblər ki, "Yeni Bakı" yaşayış kompleksinin sakinlərinin fərdi abonent kimi tanınması və mənzillərin sayğaclarının rəsmi qeydiyyata alınmasını təmin etmək üçün göstəriş versin.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a deyib ki, "Yeni Bakı"nın nümayəndələri "Azərsu"da olublar: "Görüşülüb və müzakirələr aparılıb. Bu istiqamətdə iş aparılır".

Əsas mövzular