01:27 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
CƏMİYYƏT
Qısa URL
23 0 0

"Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək"

BAKI, 30 yanvar - Sputnik. “Praktika məsələsi pandemiya şəraitindən asılıdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, əgər bu şərait davam edərsə, praktika da mümkündür: “Ümid edirəm ki, aprel-may aylarına vəziyyət belə davam edərsə, praktika olacaq. Vəziyyət pisləşərsə, insanların sağlamlığını daha irəli tuturuq”.

Nazir qeyd edib ki, pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacaq: “Sertifikasiyanın keçirilməsi istəyirik və düşünürük. Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək”.

Əsas mövzular