17:21 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
34 0 0

Zolağın tələbinə əməl etməklə gün ərzində orta hesabla 120.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan mənzil başına çatmasına şərait yaradılacaq.

BAKI, 29 yanvar — Sputnik. Daha bir küçədə xüsusi avtobus zolağının təşkili işləri yekunlaşıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çərçivədə Rəşid Behbudov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub:

"Sürücülərdən xahiş edirik ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.

Rəşid Behbudov küçəsindən gün ərzində ümumilikdə 10 müntəzəm marşrut xətti üzrə 150-yə yaxın avtobus keçir.

Zolağın tələbinə əməl etməklə gün ərzində orta hesabla 120.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradılacaq.

Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk".

Teqlər:
zolaq, avtobus, yol, Bakı

Əsas mövzular