CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ciyər"lərimizin dörddə birini qonşumuz məhv edib

© pixabay / pixel2013Meşə, arxiv şəkli
Meşə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Firdovsi Əliyev bildirib ki, işğaldan əvvəl Azərbaycan ərazilərində meşə örtüyü 228 794 hektar təşkil edib. İşğaldan sonra bunun dörddə biri məhv edilib

BAKI, 29 yanvar — Sputnik. "Ermənilərin torpaqlarımızı işğal etdiyi dövr ərzində 54328 hektar meşə sahəsi məhv edilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl bu ərazilərdə meşə örtüyü 228 794 hektar təşkil edib:

"Ötən ilin məlumatına görə isə bu rəqəm 174 466,8 hektar olub". F.Əliyev qeyd edib ki, bu rəqəmlər hələ ki ilkin məlumatlara əsaslanır.

Xəbər lenti
0