01:46 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
18 0 0

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir

BAKI, 26 yanvar — Sputnik. Ciddi fiziki travma alan qazilərimiz Əmirəliyev Nicat Kərəməli oğlu, Qurbanov Əbülfət Tanrıverdı oğlu, Mirzəliyev Roman Aleksandr oğlu Sultanlı Nicat Məmi oğlu “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçiriliblər və onlar uğurla əməliyyat olunublar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “YAŞAT” Fondunun yaydığı məlumatda deyilir. Bildirilir ki, fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən bu günədək 1624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Teqlər:
əməliyyat, qazi, YAŞAT Fondu

Əsas mövzular