15:16 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
19 0 0

Paytaxtı Qaradağ rayonu ilə bağlayan marşrut xətti "BakuBus"ın ixtiyarına verilir. Gedişhaqqı kart vasitəsilə ödənəcək

BAKI, 26 yanvar — Sputnik. Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. "Xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən "Puta" hərbi şəhərciyinin hərbçi sakinlərinin nəqliyyat xidmətindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bununla da "Puta" hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunacaq. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada "BakıKart" vasitəsilə həyata keçiriləcək. Marşrut xətti 27.01.2021-ci il tarixdən fəaliyyətə başlayacaq".

Teqlər:
Qaradağ rayonu, marşrut, "BakuBus" MMC

Əsas mövzular