CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailələrinin üzvləri ilk növbədə işlə təmin ediləcəklər

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidОфис компании Mail.ru
Офис компании Mail.ru - Sputnik Azərbaycan
Abunə olmaq
"Sosial müdafiəyə ehtiyacı olan bir qrup insanlar üçün "Məşğulluq haqqında" qanunda 5 faizlik kvota müəyyənləşdirilib. Yəni onlar birinci növbədə işlə təmin edilməlidirlər. Bu dəyişikliklə həmin kateqoriyaya şəhid ailələrinin üzvləri də daxil edilir"

BAKI, 23 yanvar — Sputnik. "Məşğulluq haqqında" qanuna dəyişiklik edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sosial müdafiəyə ehtiyacı olan bir qrup insanlar üçün "Məşğulluq haqqında" qanunda 5 faizlik kvota müəyyənləşdirilib: "Yəni, onlar birinci növbədə işlə təmin edilməlidirlər. Bu dəyişikliklə həmin kateqoriyaya şəhid ailələrinin üzvləri də daxil edilir. Qanunun 4 maddəsinə ediləcək dəyişikliklər şəhid ailələrinin həm işə götürülməsi, həm peşə hazırlığı, həm özünəməşğulluq tədbirlərinə, həm də haqqı ödənilən ictimai və sosial işlərə cəlb olunmasında üstünlük yaradan məsələdir. Bu dəyişikliklər dövlətimizin şəhid ailələrinə diqqətinin daha bir nümunəsidir".

"Məşğulluq haqqında" qanuna dəyişiklik birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Xəbər lenti
0