20:17 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
CƏMİYYƏT
Qısa URL
15301

"Əvvəlki müsabiqələrdə yazının müəllifi bəlli olduğundan həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər", - deyir yazar. Bu dəfə isə yazılarda müəllifin adı qeyd olunmadığından, onu rahat şəkildə müsabiqə təqdim edib. 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibləri müəyyənləşib.

Müsabiqəyə 321 əsər təqdim edilib. Sözügedən müsabiqədə Sputnik Azərbaycan-ın köşə yazarı Cəlil Cavanşir "Nostalgiyanın sonu: Biz qayıdırıq" əsəri ilə qaliblər sırasındadır. Əməkdaşımız təəssüratlarını bizimlə bölüşüb:

"Əslində bu yazını müsabiqə üçün yazmamışdım, Sputnik Azərbaycan üçün yazmışdım. Şuşa zəfərindən bir neçə gün sonra yazdım, göndərdim. Yazının çapı ləngidi. Bir müddət sonra müsabiqə ilə bağlı elan gördüm. Bəxtimi sınamaq qərarına gəldim. Yazının keyfiyyətindən əmin idim. Yazıda dünya ədəbiyyatı və mifologiya ilə bağlantı qurduğuma görə düşündüm ki, yer tuta bilər. Müsabiqənin şərtləri də məni qane etmişdi".

"Əvvəlki müsabiqələrdə yazının müəllifi bəlli olduğundan həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər", - deyir yazar. Bu dəfə isə yazılarda müəllifin adı qeyd olunmadığından, onu rahat şəkildə müsabiqə təqdim edib. 

"On il bundan qabaq "Milli kitab" müsabiqəsi keçiriləndə müsabiqədə mükafatları tanış-bilişə verəndə mən Azərbaycanda keçirilən müsabiqələri boykot eləmişdim. Məndə bir ruh düşkünlüyü yaranmışdı ki, ümumiyyətlə Azərbaycan ədəbi mühitində tapşırıq, tanışlıq işə keçir. 2020-ci ildən etibarən bir az fikrimi dəyişdim. Ümumiyyətlə, müsabiqələr yaradıcı insan üçün stimuldur, motivasiyadır. Udsaq da, uduzsaq da mütləq müsabiqələrdə iştirak etməliyik".

Qeyd edək ki, müsabiqədə "Peşəkar yaradıcı şəxslər" kateqoriyası üzrə 50, "Həvəskar yaradıcı şəxslər" kateqoriyası üzrə 193, "10-15 yaş arası uşaqlar" kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib.

Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə göndərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.

Əsas mövzular