20:29 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
CƏMİYYƏT
Qısa URL
606 0 0

Mövcud qanuna görə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilib

BAKI, 22 yanvar — Sputnik. Milli Məclisin yaz sessiyasında "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif edilir.

Qeyd edək ki, mövcud qanuna görə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilib. Bu qayda Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qanunun bu maddəsi qüvvədən düşəcək. 

Teqlər:
qanun, sürücü, pərdə, avtomobil

Əsas mövzular