CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib

© AFP 2023 / STEPHANE DE SAKUTINЗал суда, фото из архива
Зал суда, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslərdən 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 11-nə "töhmət", 4-nə isə "şiddətli töhmət" elan edilib.

BAKI, 21 yanvar — Sputnik. Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılmış, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında respublika hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, həmin şəxslərdən 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 11-nə "töhmət", 4-nə isə "şiddətli töhmət" elan edilib.

Xəbər lenti
0