CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrdə qaz təchizatında problemlər yaranıb

© Sputnik / Elvin AhmadГазовая плита
Газовая плита - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycanda 20-yə yaxın rayonun bəzi kəndlərində qazın verilməsində problemlərin yarandığı haqda məlumat verilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı respublika ərazisində yaranan problemlərin səbəbini araşdırır. Sputnik Azərbaycan-a bu barədə "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov məlumat verib. O bildirib ki, problemlər əsasən kənd yerlərində müşahidə olunub: "Rayon mərkəzlərində və strateji obyektlərdə qaz təchizatı ilə problemlər olmayıb".

C.Səfərov onu da əlavə edib ki, hazırda İB mütəxəssislərdən ibarət heyət araşdırma aparır: "Araşdırma aparılır ki, problemlər harada yaranıb. Heyət ərazilərə ezam olunub. Yaxın günlərdə bütün abonentlərimiz hiss edəcəklər ki, onların qaz təchizatı yüksək səviyyədə tam rejimlərə uyğun tənzimlənəcək. Artıq problemlər geridə qalıb, tədricən artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər də aradan qaldırılır".

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanda 20-yə yaxın rayonun bəzi kəndlərində qazın verilməsində problemlərin yarandığı haqda məlumat verilmişdi.

Xəbər lenti
0