CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Demoqrafik balans yenə pozuldu - Oğlanlar...

© AP Photo / Fernando AntonioНоворожденный, фото из архива
Новорожденный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 61 147 ölüm halı qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

BAKI, 21 yanvar — Sputnik. Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır. 2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 61 147 ölüm halı qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Xəbər lenti
0