20:26 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
CƏMİYYƏT
Qısa URL
22 0 0

"İlkin müşahidələr göstərir ki, Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub".

BAKI, 19 yanvar — Sputnik. İşğaldan azad olunmuş Kəlbəcər rayonunda keçirdiyimiz monitorinqlər, apardığımız müşahidələr olduqca acınacaqlı vizual mənzərələrlə yadda qalıb. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin əməkdaşlarının Qarabağ bölgəsində keçirdikləri monitorinqlər barədə açıqlamasında bildirib.

  • Kəlbəcərdə ekoloji terror
    © AR Ministry of Ecology and Natural Resources
  • Kəlbəcərdə ekoloji terror
    © AR Ministry of Ecology and Natural Resources
  • Kəlbəcərdə ekoloji terror
    © AR Ministry of Ecology and Natural Resources
1 / 3
© AR Ministry of Ecology and Natural Resources
Kəlbəcərdə ekoloji terror

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi və bərpa planlarının dəqiqləşdirilməsi məqsədilə keçirilən monitorinqlər çərçivəsində ərazilərimizin ekoloji vandalizmə məruz qaldığı bir daha təsdiqlənib: "İlkin müşahidələr göstərir ki, Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub".

Nazir müavininin sözlərinə görə, ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır: "Bölgədə ekoloji monitorinqlər davam etdirilir, ətraf mühitə, meşə fonduna, təbii sərvətlərə dəymiş ziyanın hesablanması, qiymətləndirilməsi aparılır və nəticələr barədə müvafiq qurumlara hesabatlar təqdim olunacaq".

Teqlər:
ETSN, Kəlbəcər, Qarabağ, ekologiya

Əsas mövzular