05:03 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
7410

Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin rəisi Cəfər Cəfərov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

BAKI, 19 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar" bölməsinə Bakı-Quba magistral avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpünün ətrafına tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, xidmətin rəsmisi Ramal Bağırov bildirib ki, əraziyə keçirilən baxış zamanı tullantıların körpünün ətrafına və çaya atılaraq qalaqlandığı faktı təsdiqini tapıb. Faktla bağlı akt və protokol tərtib olunub.

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin rəisi Cəfər Cəfərov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Yaşıllıq və Təmizlik idarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə idarəyə məcburi göstəriş verilib.

Şabrandakı durum bir qədər dünyanın ən zibilli çayı - İndoneziyada yerləşən Çitariumu xatırladır. 

Посмотреть эту публикацию в Instagram

Публикация от BBC (@bbc)

Əsas mövzular