CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MN: Səfərbərlikdən tərxis edilən 1 953 nəfərin müraciəti qeydə alınıb

© AR Ministry of DefenseMüdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir
Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir - Sputnik Azərbaycan
Abunə olmaq
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

BAKI, 17 yanvar - Sputnik. Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1 751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiya tərəfindən həftə ərzində cəmi 1 953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.

Xəbər lenti
0