CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lotereyamız udanda pulunu türklərdən istəyəcəyik

© AFP 2023 / CHRISTOPHE ARCHAMBAULT Lotereya, arxiv şəkli
Lotereya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müqavilənin təsdiqlənməsindən sonra “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işləri beş ay müddətində həyata keçiriləcək

BAKI, 16 yanvar - Sputnik. Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sənədə görə, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilir.

Lotereya - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda lotereya oyunlarının keçirilməsi müvəqqəti dayandırılır

Bununla bağlı Nazirlər Kabineti Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin bağlanmasını iki ay müddətində təmin etməli, müqavilə bağlandıqdan sonra isə təsdiqləməlidir.

NK həmçinin prosedurla əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Azərbaycan İqtisadiyyat Nazirliyi isə müqavilənin təsdiqlənməsindən sonra “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərini beş ay müddətində həyata keçirməlidir.

Xəbər lenti
0