CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə 30 nəfərə cinayət işi açıldı

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Orxan Məmmədov koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq avtoyuma məntəqəsinə gələrək orada işləyib

BAKI, 16 yanvar — Sputnik. Gəncə sakini Orxan Məmmədov koronavirus testinin nəticəsinin pozitiv çıxması, özünü təcrid edərək yaşadığı evdə müalicə almalı olduğu halda şəhər ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gələrək, orada işlyib. Müştərilərlə mütəmadi təmasda olaraq onlara infeksiyaya yoluxma təhlükəsi yaratdığından polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə göndəriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan başqa, polislər şəhər ərazisindəki stasionar postda xidmət aparan zaman ayrı-ayrılıqda şəhər sakinləri Elnurə Verdiyeva və Sənan Hacıyevin də təcrid qaydalarına riayət etməyərək, sağalmadan yaşadığı evlərini tərk etdiklərini aşkar edib. Vətəndaşlara pandemiya barədə ümumi məlumat verilərək yaşadıqları evlərə göndəriliblər.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumilikdə 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0