04:52 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (424)
37512

Son bir neçə həftədə virusa yoluxma sayında nəzərəçarpacaq azalmalar sms-icazənin yanvarın 18-dən sonra ləğv olunacağı qənaətini gücləndirib.

Zülfiyyə Quluyeva, Sputnik Azərrbaycan

BAKI, 14 yanvar — Sputnik. "Azərbaycanda koronavirusa görə tətbiq edilən SMS-icazə sistemi yanvarın 18-dən sonra ləğv edilə bilər. 

Çünki son bir neçə həftədə virusa yoluxma sayında nəzərəçarpacaq azalma var. COVID-19 xəstəliyindən gündəlik sağalma sayı gün ərzində yoluxma sayını üstələyib". Bu sözləri Spunik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva bildirib.

O deyib ki, koronavirusa yoluxma sayının azalması səbəbindən bəzi sahələrin fəaliyyətinə də icazələr bərpa olunmalıdır: "Təbii ki, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Amma yoluxma sayında azalma artıq bəzi sahələrdə xidmətə icazələrin verilməsinə imkan yaradır.

Uzun müddətdə sərt karantin rejimini saxlamaq da mümkün deyil. Çünki bu, insanlar üçün müəyyən sosial problemlər yaradır. Şəxsi düşüncəm ondan ibarətdir ki, müəyyən müəssisə və iş yerlərinin açılmasına ehtiyac var. Amma biz arxayınlaşmamalıyıq ki, virusa yoluxma sayı azalır".

K.Əliyeva bildirir ki, ənənəvi təhsili kütləvi bərpa etmək mümkün olmasa da, mərhələli və hibrid şəkildə məktəblər açıla bilər: "Çünki biz bilmirik ki, qarşıdakı aylarda bizi nə gözləyir. Mart ayından pilləli şəkildə ənənəvi təhsil başlaya bilər".

Deputat deyir ki, toy və yas mərasimləri ən çox yoluxma riskinin olduğu məkanlar olduğundan indidən açılması məqəsədəuyğun deyil.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (424)
Teqlər:
Milli Məclis, Nazirlər Kabineti, ləğv, karantin, sms icazə, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular