04:54 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
7430

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, dövlət qurumlarının təbliğatı üçün ayrılan vəsaitlər mediaya yönləndirilməlidir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Yanvarın 12-də Prezident İlham Əliyev ölkə mediasında islahatların dərinləşdirilməsi haqqında fərman verdi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. Sputnik Azərbaycan-ın suallarını cavablandıran Mətbuat Şurasının sədri Əflatun Amaşov media islahatları barədə fikirlərini bildirib. 

- Əflatun müəllim, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda hansı dəyişikliklərin edilməsi vacibdir?

- Ötən illər ərzində bir neçə dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər edilsə də, onlar fundamental xarakterli olmayıb. Ona görə ediləcək dəyişikliyə kompleks yanaşmanın tərəfdarıyam. Yəni dəyişiklik genişmiqyaslı islahatlar kontekstində baş verməlidir. Konkret olaraq Mətbuat Şurasının dəyişikliklərlə bağlı təklifləri olub. Bununla bağlı konkret mexanizmlər hazırlanmalıdır. Media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik. Bu gün rəsmi olaraq qeydiyyatdan keçmiş KİV sayı 6 minə yaxındır, ancaq real fəaliyyətdə olanların sayı heç 200-ə çatmır. Bu gün internet mediası qanunla KİV sayılmır. Əksər hallarda internet mediası MMC olaraq qeydiyyatdan keçir. Bu vəziyyət internet medianın fəaliyyətinin mübahisələndirməyə çətinlik yaradır. Qanunvericilikdə mövcud istiqamətdə dəyişikliyin olması son dərəcədə vacibdir.

- Media islahatları paketində hansı islahatların aparılması nəzərdə tutulur?

- Bizim təklif etdiyimiz dəyişikliklərdən biri də KİV-in informasiya bankının yaradılmasıdır. Biz media məkanında nə qədər jurnalist olmasını dəqiq bilməliyik. Həmin informasiya bankı aidiyyəti dövlət qurumlarının sistemlərinə inteqrasiya edilməlidir. Bu, əmək münasibətlərinin tənzimlənməsi baxımından da əhəmiyyətli olacaq. Jurnalistika spesifik sahə olduğundan məsələyə informasiya təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Eləcə də bloger və frilanserlərin fəaliyyəti qanunla tənzimlənməlidir. KİV-in iqtisadi müstəqilliyinə dəstək nəzərdə tutulmalıdır. Biz əvvəllər təklif etmişdik ki, dövlət qurumlarının təbliğatı üçün ayrılan vəsaitlərin əhəmiyyətli qismi mediaya yönləndirilsin. Bunu bir sıra xarici ölkələrdə tətbiq edirlər. 

Media sahəsində islahatlar əhatəli işdir. Elə məsələlər var ki, bu, istək və iradə ilə bağlıdır. Vaxtilə Mətbuat Şurasının “Diffamasiya haqqında” qanun layihəsi olub. Orada diffamasiyanın de-kriminallaşması, yəni cinayət müstəvisindən çıxarılıb, mülki müstəviyə daşınması nəzərdə tutulurdu. Faktiki olaraq, Azərbaycanda media fəaliyyətinə görə həbs edilən jurnalist yoxdur. Ancaq bunun qanunvericilikdə də təsdiqi vacibdir.

- Yeri gəlmişkən, Azərbaycan mediasının Vətən müharibəsində fəaliyyəti nə ilə yadda qaldı?

- Vətən müharibəsində Azərbaycan mediası ölkə və dünya ictimaiyyətini məlumatlandırmağı bacardı. Eyni zamanda bizim 20-yə yaxın jurnalistimiz qələmini silahla əvəz edərək döyüşlərdə iştirak etdi. Azərbaycan jurnalistikası bu imtahandan da üzüağ çıxdı. Biz bu müharibədə istər silahla, istər informasiya sahəsində döyüşməyi öyrəndik.

Teqlər:
Əflatun Amaşov, media, bloger, jurnalistika, jurnalistlər

Əsas mövzular