16:51 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
38 0 0

Muzeyin direktoru Sürəyya Muğanlı özü də rəssam olduğu üçün tarixi abidələrin üzərində olan şəkilləri kağız üzərinə köçürür.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Muzeylər ölkələrin tarixini əks etdirən maddi dəyərlərin saxlanıldığı məkan hesab edilir. Azərbaycanda ilk muzeyin yaranması XIX əsrin sonlarına təsadüf edir. 1990-cı illərdə baş verən hadisələr muzeylərin də fəaliyyətinə öz təsirini göstərdi. Muzeylərin fəaliyyəti iflic vəziyyətinə düşsə də, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə də dirçəlmə müşahidə edildi. Bölgələrdə də muzeylərin yaranması, formalaşması prosesi başladı.

Saatlı Tarix diyarşünaslıq muzeyi 1983-cü ildə yaradılsa da, 2012-ci ildə yeni binaya köçürülüb. Muzeydə 9 mindən çox eksponat nümayiş etdirilir. Sputnik Azərbaycan xəbər verir ki, muzeydə Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları, müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numizmatika guşəsi də ziyarətçilərin marağını çəkir.

© Sputnik / Irade JELIL
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Muğanlı

Muzeyin direktoru Sürəyya Muğanlının sözlərinə görə, Saatlı Tarix-Diyarşünaslıq Muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir.

Müsahibimiz bildirir ki, Saatlı tarixi abidələrlə zəngin bir bölgədir. Rayonda Azadkənd kəndi ərazisində zəngin tarixin "yatdığını" qeyd edən S.Muğanlı həmin ərazilərdə arxeoloji qazıntıların aparılmasına ehtiyac olduğunu deyir.

"Mən şəxsən tarixi abidələrin yerini bilirəm. Yəni Saatlıda arxeoloji araşdırmaların aparılmasına qərar verilsə, özüm də məmnuniyyətlə iştirak edərəm. Bununla bağlı dəfələrlə müraciət etmişəm", - deyən Sürəyya Muğanlı, demək olar ki, bütün həyatını muzeyin yaradılmasına, tarixi abidələrin qorunmasına həsr edib.

Deyir ki, bu günədək kimdə tarixi eksponat, tarixi əşyalar görürsə, alıb muzeyə yığır.

  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat
    © Sputnik / Irade JELIL
  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat
    © Sputnik / Irade JELIL
  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat
    © Sputnik / Irade JELIL
  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat
    © Sputnik / Irade JELIL
  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Muğanlı (solda)
    © Sputnik / Irade JELIL
  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat
    © Sputnik / Irade JELIL
  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat
    © Sputnik / Irade JELIL
  • Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin binası
    © Sputnik / Irade JELIL
1 / 8
© Sputnik / Irade JELIL
Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat

S.Muğanlı hətta öz evində olan xalçaları da muzeyə gətirib: "Muzeyə girməklə Saatlıda bu günə qədər olan həyat tərzi haqqında məlumat almaq olar. İstər eksponatlarımız, istərsə də digər nümayiş edilən tapıntılar tarix haqqında danışır".

Muzeyin direktoru bizə muzeyi gəzdirib, ətraflı məlumat verdi. Saatlılıların həyat tərzi, geyimləri, bəzək əşyaları, məişətdə istifadə etdikləri bütün qab-qacaq haqqında danışan S.Muğanlı bildirdi ki, Saatlı haqqında bütün məlumatı muzeyə baş çəkməklə almaq mümkündür.

O qeyd edir ki, muzeydə XIX-XX əsrlərdə saatlılıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer alıb. Muzeydə evlərin kiçik maketləri, rəsm əsərləri, xalça nümunələri, qədim bəzək əşyaları da sərgilənir.

© Sputnik / Irade JELIL
Saatlı Tarix-Diyarşünaslıq Muzeyində eksponat

Onun sözlərinə görə, muzeydə tarixi eksponatların qorunub saxlanılması üçün xüsusi fond var. Burada muzeydə sərgilənəcək eksponatlar saxlanılır. Muzeyin fondunda qəzetlər, büstlər və s. mədəniyyət nümunələri saxlanılır.

Muzeyin direktoru Sürəyya Muğanlı özü də rəssam olduğu üçün tarixi abidələrin üzərində olan şəkilləri kağız üzərinə köçürür. Deyir ki, vəsait olsa, həmin fotoları kətan üzərinə köçürməyi düşünür.

Muzeyə daxil olan ziyarətçilər burada Azərbaycanın bir parçası olan Saatlının tarixi, mədəniyyəti ilə tanış ola bilərlər. Yolunuz bu istiqamətə düşsə, mütləq muzeyə baş çəkin...

Teqlər:
arxeoloji qazıntı, tarixi abidələr, Saatlı, direktor, muzey

Əsas mövzular