CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meteohəssas insanlar üçün sabah gün əlverişli keçəcək

© Sputnik / Murad OrujovОблачная погода в Баку, фото из архива
Облачная погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

BAKI, 11 yanvar — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Yanvarın 12-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0