CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"YAŞAT" Fondu qazilər üçün xaricdən cihaz alıb

© AFP 2023 / CHAIDEER MAHYUDDINЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fiziki bərpa prosesini daha da sürətləndimək üçün "YAŞAT" Fondu tərəfindən xaricdən sifariş edilən "RGO" ortopedik cihazından istifadə olunur

BAKI, 11 yanvar — Sputnik. "YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazi Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün "YAŞAT" Fondu tərəfindən xaricdən sifariş edilən "RGO" ortopedik cihazından istifadə olunur. Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır. "YAŞAT" Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah bütün qazilərimizə şəfa versin!

Xəbər lenti
0