CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı "Fidel Kastro" vəfat edib

© AFP 2023 / ADALBERTO ROQUE Fidel Kastro
Fidel Kastro - Sputnik Azərbaycan
Abunə olmaq
V.Rüstəmov müxtəlif ölkələrdə keçirilən oxşarların müsabiqəsində iştirak edib. Bu müsabiqələrdə 43 siyasi xadimin oxşarı da yer alıb

BAKI, 10 yanvar - Sputnik. Kuba lideri Fidel Kastronun dünyada nadir oxşarlarından olan Sumqayıt şəhər sakini Vahid Rüstəmov vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə xeberle.com saytı məlumat yayıb.

Sumqayıtlı "Fidel Kastro” ötən gün 71 yaşında dünyasını dəyişib. O, Azərbaycan Dövlət Gömrük Komitəsində, Heydər Əliyev adına hava limanında 20 il inspektor vəzifəsində işləyib.

V.Rüstəmov müxtəlif ölkələrdə keçirilən oxşarların müsabiqəsində iştirak edib. Bu müsabiqələrdə 43 siyasi xadimin oxşarı da yer alıb.

Allah rəhmət eləsin!

Xəbər lenti
0