21:01 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
6510

Tərtər RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

BAKI, 9 yanvar - Sputnik. Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

M.Mehdiyeva xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, orada olan 11 nəfər şagirdin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Əsas mövzular