17:56 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
3810

Umayra Tağıyevanın sözlərinə görə, bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır.

BAKI, 8 yanvar — Sputnik. "Bu il yeniliklərlə başladıq. Belə ki, proqnozlara əlçatanlığı təmin etmək üçün bu gündən ETSN-nin Meteo.az saytına daxil olmaqla hava haqqında məlumatları daha geniş əldə etmək olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Ekspert saatı"nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, istənilən insan Bakı şəhəri və respublikanın bütün bölgələri üzrə 7 günlük proqnozları əldə edə bilsin:

"Proqnozların etibarlı olması üçün bütün səyləri göstərəcəyik".

U.Tağıyeva qeyd edib ki, Meteo.az saytında videomateriallar olacaq: "Saytda fermerlər üçün faydalı olan aqrometeorolji məlumatlar yerləşdiriləcək. Meteohəssas insanlar üçün ayrıca bölmə nəzərdə tutulub və orada tibbi-meteoroloji məlumatlar yerləşdiriləcək. Bununla yanaşı, ölkədə gözlənilən hər hansı anomal hidrometeroloji hadisələr barədə xəbərdarlıq bölməsi də nəzərdə tutulub".

O həmçinin bildirib ki, bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır".

Xidmət rəisi bildirib ki, qar prosesləri adətən yanvar və fevral ayına təsadüf etsə də, son zamanlar bu, müşahidə olunmur.

U.Tağıyeva vurğulayıb ki, etibarlı proqnozlar yalnız 3-4 günü əhatə edir: "Ona görə də əminliklə deyə bilərəm ki, yaxın həftə ərzində qar yağmayacaq".

Teqlər:
Azərbaycan, meteohəssas insanlar, Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, ETSN, sayt, hava, qar

Əsas mövzular