CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid və qazi ailələrinə "YAŞAT kart" veriləcək

© Photo : Facebook / ASAN XidmətYaşat fondu
Yaşat fondu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə qədər "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) 24 804 936,86 manat cəmlənib.

BAKI, 8 yanvar — Sputnik. "YAŞAT kart"la bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək: "Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq".

O, "YAŞAT" Fonduna cəmlənən vəsaitin həcmini də açıqlayıb: "Bu günə qədər "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) 24 804 936,86 manat cəmlənib. 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib".

Qeyd edək ki, "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan portalın məqsədi Fonda müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək, ianə etmək imkanlarını daha da genişləndirməkdir.

Xəbər lenti
0