CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprel şəhidlərinin ailələrinə tikilən evlər hazırdır

© Sputnik / Rahim MammadovAdil Adilzadə və Teymur Qasımov
Adil Adilzadə və Teymur Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Kiçik, darısqal şəraitsiz bir evdə böyümüşdü. Amma çox böyük ürəyə sahib idi Adil Kamran oğlu Adilzadə. Hələ kiçik yaşlarından tez böyüyüb xəyallarını, arzularını gerçəkləşdirmək istəyirdi.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Kiçik, darısqal şəraitsiz bir evdə böyümüşdü. Amma çox böyük ürəyə sahib idi Adil Kamran oğlu Adilzadə. Hələ kiçik yaşlarından tez böyüyüb xəyallarını, arzularını gerçəkləşdirmək istəyirdi. Mingəçevirdə doğulan Adil Adilzadə 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlib.

Vətən uğrunda canından keçən şəhidin valideynləri çətin şəraiti olan mənzildə yaşayırdılar. Ötən il Adilzadənin ailəsi Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi. Dərhal şəhid ailəsinin yeni mənzillə təmin edilməsi haqda Mehriban Əliyeva göstəriş verdi. Şəhidin atası Kamran Abdullayev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində yeni fərdi evin 6 ay müddətə tikilib istifadəyə verildiyini bildirib. O, yaxın günlərdə yeni mənzilə köçəcəklərini deyib: “Heydər Əliyev Fonduna ərizə yazdıq. Allah dövlətimizi sağ eləsin, dərhal reaksiya verdilər. Mütəxəssislər gəldi, baxış keçirdilər. Az müddətdən sonra tikinti materialları gəldi və iş başladı. Köhnə evimizin qarşısında müasir dizaynlı ev tikildi. Prezidentimiz İlham Əliyevə, Mehriban xanıma Allah kömək olsun. Bu evin tikintisinə keçən il iyulda başladılar, müharibə də oldu, virus da geniş yayıldı, belə çətin vəziyyətdə bizim ailəyə yüksək şəraiti yaratdılar. Allah dövlətimizdən razı olsun! Tezliklə yeni mənzilimizə yerləşəcəyik”.

© Sputnik / Rahim Mammadov
Aprel şəhidinin ailəsinə tikilən ev - Sputnik Azərbaycan
1/6
Aprel şəhidinin ailəsinə tikilən ev
© Sputnik / Rahim Mammadov
Gülnarə Qasımova - Sputnik Azərbaycan
2/6
Gülnarə Qasımova
© Sputnik / Rahim Mammadov
Aprel şəhidinin ailəsinə tikilən ev - Sputnik Azərbaycan
3/6
Aprel şəhidinin ailəsinə tikilən ev
© Sputnik / Rahim Mammadov
Kamran Abdullayev - Sputnik Azərbaycan
4/6
Kamran Abdullayev
© Sputnik / Rahim Mammadov
Şəhid Teymur Qasımovun fotosu - Sputnik Azərbaycan
5/6
Şəhid Teymur Qasımovun fotosu
© Sputnik / Rahim Mammadov
Aprel şəhidinin ailəsinə tikilən ev - Sputnik Azərbaycan
6/6
Aprel şəhidinin ailəsinə tikilən ev
1/6
Aprel şəhidinin ailəsinə tikilən ev
2/6
Gülnarə Qasımova
3/6
Aprel şəhidinin ailəsinə tikilən ev
4/6
Kamran Abdullayev
5/6
Şəhid Teymur Qasımovun fotosu
6/6
Aprel şəhidinin ailəsinə tikilən ev

2016-cı ilin aprel döyüşlərində şəhid olan Mingəçevir sakini Teymur Qasımovun ailə üzvləri isə artıq yeni tikilən mənzillərinə köçüblər. Onlar yeni təqvim ilini həmin evdə qarşılayıblar. Şəhidin anası Gülnarə Qasımova Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, 72 il öncə inşa edilən yararsız vəziyyətdə olan əvvəlki mənzillləri sökülüb yerində yenisi tikilib: "İndi evimiz həm istidir, həm genişdir, həm də daha da işıqlıdır. Mehriban Əliyevaya çox təşəkkür edirəm. Bizim müraciətimizə tez bir zamanda baxıldı. Belə yaraşıqlı, bütün şəraiti olan evi tikib bizə verdilər. Yeni ilə yaxın köçdük, 2021-ci ili öz evimizdə olduq. Şükür torpaqlarımız da işğaldan azad edilidi. Var olsun ölkə başçımız!” - deyə o bildirib.

Qeyd edək ki, Mingəçevirdən olan Aprel şəhidləri Rahim Tağıyev və Rüstəm Əhmədovun ailələri də Mehriban Əliyevanın göstərişi ilə ötən il Gəncə şəhərində 4 və 2 otaqlı mənzillərlə təmin olunublar.

Xəbər lenti
0