CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra hakimiyyətlərində qazilər və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradıldı

© Sputnik / Rahim MuradovŞəhid mayor Anar Novruzovun dəfn mərasimi
Şəhid mayor Anar Novruzovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
İcra hakimiyyətlərində yaradılacaq yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.

BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nda dəyişiklik edilməsi ilə bağlı Fərmanında nəzərdə tutulub.

Yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.

Xəbər lenti
0