CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşən və tapılaraq uşaq evinə verilən 12 yaşlı qıza qarşı zorakılıq olub?!

© Sputnik / Tabyildyi KadyirbekovДевочка сидит спиной, архивное фото
Девочка сидит спиной, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ləman Şahbazova polisə ifadəsində ailəsində ona qarşı zorakılıq olduğu üçün evdən qaçdığını söyləyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 3 gündür ki itkin düşən, nəhayət bu gün tapılan 12 yaşlı Ləman Şahbazova barədə araşdırmalara başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Teymur Mərdanoğlu məlumat verib.

O, bildirib ki, Kütləvi İnformasiya Vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb:

"Ləman Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər "Nur" uşaq evinə yerləşdirilib. Məsələ tərəfindən nəzarətə götürülüb. Hazırda onun evdən getməsinin səbəbləri araşdırılır".
© AR Ministry of Internal AffairsLəman Şahbazov
İtkin düşən və tapılaraq uşaq evinə verilən 12 yaşlı qıza qarşı zorakılıq olub?! - Sputnik Azərbaycan
Ləman Şahbazov

T. Mərdanoğlu Ləmanın anasının və atasının sağ olduğunu, ona qarşı ailədə münasibətin araşdırıldığını söyləyib.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, L. Şahbazova polisə ifadəsində ailəsində ona qarşı zorakılıq olduğu üçün evdən qaçdığını söyləyib. Onun ailəsinə təhvil verilməməsinin də səbəbi məhz bu amildir. Hazırda polis tərəfindən L.Şahbazovanın ifadəsi ilə bağlı araşdırılma aparılır.

Xatırladaq ki, Ləman Şahbazova Bakının Sabunçu rayonunda tapılıb. Nizami rayonu ərazisində yaşayan 12 yaşlı L.Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmamışdı.

Xəbər lenti
0