07:55 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
12 0 0

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov müəyyən edilərək saxlanılıblar.

BAKI, 6 yanvar — Sputnik. Bakıda quldurluq hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan iki nəfərin onu bıçaqla hədələyib 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov müəyyən edilərək saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Əsas mövzular