CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi ötən il direktor vəzifəsinə təyin edilənlərin sayını açıqlayıb

© REUTERS / FRANCOIS LENOIRПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib.

BAKI, 2 yanvar — Sputnik. Ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, pandemiya dövründə "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Mədəniyyət" kanalında "Oynayırıq və öyrənirik" adlı teledərslər nümayiş olunub.

Həmçinin 2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkədə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

 Nailə Məmmədova, arxiv şəkli - Sputnik Azərbaycan
Qalmaqallı direktor işdən qovuldu

Bildirilib ki, 2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif "Azərbaycan dili (tədris dili)", I sinif "Riyaziyyat", I sinif "Azərbaycan dili (dövlət dili)" fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının "İngilis dili" fənni üzrə 1-ci siniflər üçün hazırladığı "Happy Campers" dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.

Qeyd olunub ki, 2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.

Xəbər lenti
0