16:49 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
1205 0 0

31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq

BAKI, 30 dekabr — Sputnik. Bayram günlərində müntəzəm və ekspres xətlər üzrə avtobuslar sərnişinlərin xidmətində olacaq.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi, Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.

Yeni il tətili günlərində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. 31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Teqlər:
BNA, Bakı, marşrut, avtobus

Əsas mövzular