22:28 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
25 0 0

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Digər dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Dəyişiklik 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Teqlər:
Milli Məclis, sosial müavinət, uşaqlar, müddətli həqiqi hərbi xidmət, hərbçilər

Əsas mövzular