CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın sürüşən ərazilərində aktivləşmələr var, vəziyyət...

© Photo : REPORTОползень на Бадамдарском шоссе в Сабаильском районе Баку
Оползень на Бадамдарском шоссе в Сабаильском районе Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələn, Zığda istinad divarları tikilib, xüsusi quyular qazılıb. Müəyyən tədbirlər görməklə zərərin azaldılması həyata keçirilir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Qaraçuxur, Günəşli, Zığ-1, Zığ-2, Nübar qəsəbəsi və s. bu ərazilərdə davamlı olaraq monitorinqlər aparılır.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.

O bildirib ki, həmin ərazilərə mütəmadi vizual baxış keçirilir və vəziyyət qiymətləndirilir.

"Bayılda mövsümi xarakterli aktivləşmə mövcuddur. Bu hələ noyabr ayının əvvələrindən müşahidə edilir. Bu əraziyə gedən yolun sağ kənarında səthi yuyulma müşahidə edilir. Digər sahələrdə hələ stabil vəziyyət müşahidə edilir. Amma mövsümi aktivləşmə hiss olunur", - deyə o bildirib.

Onun sözlərinə görə, Zəli gölü, Nübar massivi, Qaraçuxur və Günəşli sahəsində Nazirlər Kabinetinin göstərişi ilə müəyyən işlər görülüb. Nəticələr hazırdır. Həmin ərazilərin geoloji vəziyyəti və müşahidə edilən aktivləşmələr qiymətləndirilib: "Yağışlı günlərin sayı artdıqca sürüşmə ərazilərində zəif də olsa, dinamik aktivləşmələr müşahidə edilir. Bu dəyişikliklər bizim nəzarətimiz altındadır. Vəziyyət təhlil edilir və potensial fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Aktivləşmələr olsa da, təhlükəli vəziyyət müşahidə edilmir".

Mütəxəssis qeyd edib ki, proseslərin aktivləşmə mərhələsində "mövsümü aktivləşmə" deyilən mərhələ var. Bu da atmosfer çöküntülərinin çoxluğundan asılıdır.

Ə.Əliyev vurğulayıb ki, Zığ sürüşmə ərazisi geniş bir ərazini əhatə etməsinə baxmayaraq, bütün ərazi sürüşməyə meyilli deyil.

"Böyük bir ərazidə ayrı-ayrı lokal sahələrdə bu problemlər var. Xüsusilə Zığ-1, Zığ-2 ərazilərində bu problemlər var. Biz zaman-zaman vətəndaş müraciətləri və dövlət sifarişi əsasında həmin ərazilərdə monitorinqlər keçirilir və öyrənilir. Mütəmadi olaraq həmin ərazilər nəzarətimizdədir. Proseslər region üçün ciddi sayılan nəzarət obyektləri sırasında olduğu üçün davamlı monitorinqlər aparılır və sürüşmənin qarşısının alınması üçün tədbirlər icra edilir. Məsələn, Zığda istinad divarları tikilib, xüsusi quyular qazılıb. Müəyyən tədbirlər görməklə zərərin azaldılması həyata keçirilir. Bu gün də həmin tədbirlər davam etdirilir və Fövqəladə Hallar Nazirliyi ilə birgə tədbirlər görülür.

Xəbər lenti
0