16:10 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
13012

Ağırtonnajlı avtomobillər digər nəqliyyat vasitələrinin hərəkəti üçün böyük təhlükədir. Çünki ağırtonnajlı avtomobillərin sürücüləri ilə piyadalar arasında vizual kontakt olmur.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Şəhərin küçələrində günün müəyyən saatlarında ağırtonnajlı avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulsa da, onların buna məhəl qoymadan şütüdüyünün şahidi oluruq. Bəzən günün pik saatlarında tıxacların yaranmasına da bu avtomobillər səbəb olur.

Eyni zamanda ağırtonnajlı avtomobillərin iştirakı ilə çoxsaylı yol-nəqliyyat qəzaları, piyadaların vurulması və s. hallar baş verir. 

Yol-nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ağırtonnajlı yük avtomobillərinin iştirakı ilə tez-tez yol qəzaları baş verdiyindən, onların hərəkəti nəzarətə götürülməlidir. Bunda ictimaiyyət özü də maraqlı olmalıdır. Həmin avtomobillərin şəhərdə hərəkətini görən zaman foto və videoları çəkilməli, DYP-yə göndərilməlidir.

E.Cəfər bildirib ki, ağırtonnajlı avtomobillərin şəhərdə hərəkətinə 5 il əvvəl müəyyən qadağalar qoyulub. Belə ki, qərara görə, günün müəyyən saatlarında ağırtonnajlı avtomobillər şəhərin mərkəzində hərəkət edə bilməzlər. Bu, şəhərdə digər nəqliyyat vasitələrinin hərəkəti üçün böyük təhlükədir. Çünki ağırtonnajlı avtomobillərin sürücüləri ilə piyadalar arasında vizual kontakt olmur. Bununla yanaşı ağırtonnajlı avtomobillər hərəkətin intensiv olduğu ərazilərdə digər nəqliyyat vasitələrinə zərər verə bilərlər.

Mütəxəssisin fikrincə, ağırtonnajlı avtomobillərin şəhərdə hərəkəti ilə bağlı qadağalar olsa da, şəhərin küçələrində onlara tez-tez rast gəlinir. Buradan da aydın olur ki, bu avtomobillər imkanlı şəxslərə məxsusdur və DYP də bu şəxslərlə bacara bilmir.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası"nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin yük daşımaları ilə bağlı tədbirlər müəyyən dəyişikliklərlə bu gün də qüvvədədir. Amma bu gün qadağa saatlarında yük avtomobilləri şəhərin yollarında rahatlıqla şütüyür:

"Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib. Belə ki, bundan sonra paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb".

Hüquqşünas qeyd edib ki, ağırtonnajlı avtomobillərlə bağlı qərar olsa da, icrası yox dərəcədədir.

Əsas mövzular