CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN: Qazaxda mal-qaranın oğurlanması araşdırılır

© AFP 2023 / LOU BENOISTКоровы, фото из архива
Коровы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələrdə Qazax rayonunun Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın videomüraciət edərək mal-qarasının oğurlandığını, lakin polis əməkdaşları tərəfindən araşdırmaların aparılmadığını deyib.

BAKI, 27 dekabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı qadının mal-qarasının oğurlanması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"un sorğununa cavab olaraq bildirib ki, videogörüntülərlə bağlı Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:

“Tezliklə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qazax rayonunun Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın videomüraciət edərək mal-qarasının oğurlandığını, lakin polis əməkdaşları tərəfindən araşdırmaların aparılmadığını deyib.

Xəbər lenti
0