04:58 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
15 0 0

Şəhidin ailə üzvləri, eyni zamanda ailə başçısını itirməyə görə pensiya və aylıq müavinət də alacaqlar

BAKI, 26 dekabr — Sputnik. Azərbaycanın Qarabağdakı zəfərinin qəhrəmanlarından biri olan Orxan Əliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhidin ailəsinin yaşayışı daim diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Bakının Şağan qəsəbəsində yaşayan ailə ilə görüşüb, sosial vəziyyəti ilə maraqlanıblar.

Ailəyə Prezidentin aylıq təqaüdünün artıq təyin olunduğu bildirilib və təqaüd üzrə ödəniş kartı şəhidin həyat yoldaşına təqdim edilib. Ailə üzvləri, eyni zamanda ailə başçısını itirməyə görə pensiya və aylıq müavinət də alacaqlar. Şəhidin həyat yoldaşına şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri, imtiyazları barədə də məlumat verilib.

Teqlər:
ƏƏSMN, təqaüd, kart, şəhidlər

Əsas mövzular