05:51 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
9 0 0

Prosesdə hər iki şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar ev dustaqlığına buraxılıblar

BAKI, 26 dekabr - Sputnik. Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadənin barələrində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Teqlər:
DTX, ev dustaqlığı, yüksək vəzifəli məmur, XİN, məhkəmə

Əsas mövzular