14:42 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
100 0 0

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qubanın polis rəisi işdən azad edilib

BAKI, 26 dekabr — Sputnik. Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Quba Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Süleyman Nemətov vəzifəsindən azad edilərək, Suraxanı Rayon Polis Şöbəsinə (RPŞ) rəis vəzifəsinə təyin olunub.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti təsdiq edib.

Teqlər:
əmr, Vilayət Eyvazov, təyinat, Suraxanı, Quba, polis rəisi

Əsas mövzular