04:34 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (386)
6420

"Bəlkə, buna bəraət veriləcək, məhbus 6 ay orada durub gözləyir. Bəlkə, ona 3 aylıq cəza veriləcək, şərti cəza veriləcək? Niyə orada qalıb gözləsin axı?!”

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Pandemiya başlayandan birinci instansiya məhkəmələri ya fasilələrlə keçirilir, ya da sərt karantin dövründə ümumiyyətlə keçirilmir. Bu səbəbdən də xeyli təqsirləndirilən şəxs istintaq təcridxanasında qalıb.

Xaricdən Azərbaycana iki yüz cinayətkar gətirilib>>

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, hazırda istintaq təcridxanasında olan və istintaq işi bitən yüzlərlə məhbus var ki, məhkəmə baxışını gözləyir. Bu səbəbdən də istintaq təcridxanalarında sıxlıq yaranıb:

“İstintaq təcridxanasında 6 ay və daha çox öz məhkəməsini gözləyən insanlar olduğuna görə sıxlıq yaranır və epidemioloji situasiya kəskin şəkildə pisləşir. Bu, həm də dövlət büdcəsinə zərərdir. Çünki o insanlar dövlət büdcəsi hesabına orada yaşayırlar, qidalanırlar və s.”.

Deputat deyir ki, Penitensiar xidmətin rəhbərliyi də yaranmış vəziyyətdən narahatdır: “Penitensiar xidmətin rəhbərliyi ilə danışdım. Onlar da dedilər ki, çox ciddi problemlərimiz var, faktiki yerləşdirə bilmirik məhbusları. Çünki bir ucdan cinayət olur, aparırlar oraya. Məhkəmə də yoxdur, məhbus da qalır onun üstündə. Bəlkə, buna bəraət veriləcək, məhbus 6 ay orada durub gözləyir. Bəlkə, ona 3 aylıq cəza veriləcək, şərti cəza veriləcək? Niyə orada qalıb gözləsin axı?!”

Musa Quliyev bildirir ki, məhkəmə iclaslarını videokonfrans şəklində keçirməklə bu problemi həll etmək olar.

“Dünyanın bir çox ölkələrində bu praktika var. Məhbus istintaq təcridxanasında müəyyən otaqda konfransa qoşulur. Hakim öz otağından konfransa qoşulur, prokuror öz otağından, vəkil öz otağından. Videokonfrans şəklində bu məhkəmələrin keçirilməsi həm ədaləti təmin etmiş olar, həm də biz bilmirik ki, koronavirus pandemiyası bundan sonra nə qədər davam edək. İllərlə o insanları məhkəməsiz orada saxlamaq da doğru deyil və qanunun pozulmasıdır”.

Musa Quliyev birinci instansiya məhkəmələrinin videokonfrans şəklində keçirilməsini təmin etmələri üçün Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və Ali Məhkəməyə müraciət edib.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (386)
Teqlər:
onlayn, məhkəmə, açıqlama, Musa Quliyev, millət vəkili, sıxlıq, müvəqqəti saxlama təcridxanası, təcridxana, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular