QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Komandirini xilas edərkən özü şəhid oldu, haqqında film çəkildi

© AFP 2023 / BULENT KILICАзербайджанские военнослужащие, фото из архива
Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə istiqamətinda gedən döyüşlər zamanı komandirini xilas edərkən qəhrəmancasına həlak olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Samir Qulamovun quruluşunda "Döyüşən teatr" adlı sənədli filmi lentə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədli film İkinci Vətən müharibəsində canını fəda edən şəhid Əliağa Məmmədov və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Vətən müharibəsində iştirak edən əməkdaşlarına həsr olunub.

Məlumat üçün bildirək ki, Əliağa Məmmədov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı işləyib. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə istiqamətinda gedən döyüşlər zamanı komandirini xilas edərkən qəhrəmancasına həlak olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Filmin ssenari müəllifi Samir Qulamov, quruluşçu operatoru ve montajçısı Hikmət Şahverdizadədir.

Xəbər lenti
0