13:40 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
18 0 0

İşğaldan azad edilmiş ərazilərimizdə əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

BAKI, 24 dekabr — Sputnik. Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Teqlər:
video, əkin sahələri, təmizləmə, mina, işğaldan azad edilmiş ərazilər, Mühəndis Qoşunları, Müdafiə Nazirliyi

Əsas mövzular